​Bərdədə hərbi çağırışçını maşın vurub

​Bərdədə hərbi çağırışçını maşın vurub Bərdədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib
Hadisə
11 İyul , 2015 15:24
​Bərdədə hərbi çağırışçını maşın vurub

Bakı. 11 iyul .REPORT.AZ/ Bərdə şəhərində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə şəhərin Bakı küçəsində qeydə alınıb.

Yolu keçmək istəyən 18 yaşlı Elvin Ələkbərovu Opel markalı minik avtomobili vurub.

Yaralı ətrafda olan insanların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq 18 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb.

Qəzadan sonra sürücü hadisə yerindən qaçsa da, rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa cəlb edilib.

Qeyd edək ki, qəzada həyatını itirən gənc hərbi xidmətə çağırışçı kimi qeydiyyatdan keçib. O, bu ay hərbi xidmətə yola düşməli imiş.

Son xəbərlər

Orphus sistemi