Buzovnada yolu keçən piyadanı maşın vurdu

Buzovnada yolu keçən piyadanı maşın vurdu Bakının Xəzər rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
14 Fevral , 2020 23:37
Buzovnada yolu keçən piyadanı maşın vurdu

Bakının Xəzər rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” verir ki, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Məmmədov Rövşən Ramiz oğlu yolu keçmək istəyərkən onu minik avtomobili vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi