Buzovnada qəza törədərək hadisə yerindən yayınan sürücünün ibtidai istintaqı başa çatıb

Buzovnada qəza törədərək hadisə yerindən yayınan sürücünün ibtidai istintaqı başa çatıb Bakı. 9 yanvar. REPORT.AZ/ Bakıda yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Mahir Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
9 Yanvar , 2019 12:58
Buzovnada qəza törədərək hadisə yerindən yayınan sürücünün ibtidai istintaqı başa çatıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Bakıda yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Mahir Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əkrəm Qəhrəmanovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası hələlik açıqlanmayıb.

Qeyd edək ki, ötən il oktyabrın 29-da Bakı şəhər sakini Əli Abdullayevin xəsarətlə xəstəxanaya gətirilməsi barədə Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Şöbəsinə məlumat daxil olub. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirib.

Araşdırmalarla Şağan qəsəbə sakini olan Ə.Abdullayevin xəsarətləri həmin gün saat 19 radələrində Buzovna qəsəbəsi ərazisində yolu keçərkən avtomobillə vurulması nəticəsində aldığı məlum olub. Əməliyyat-axtarış tədbirləri ilə hadisənin “Mercedes” markalı avtomlobillə törədildiyi müəyyən edilib.

Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsinin sürücüsü, Buzovna qəsəbə sakini M.Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi