Ali Məhkəməyə namizədliyi irəli sürülmüş hakimlər - SİYAHI

Ali Məhkəməyə namizədliyi irəli sürülmüş hakimlər - SİYAHI Sabah - mayın 1-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələyə baxılacaq.
Hadisə
30 Aprel , 2020 20:25
Ali Məhkəməyə namizədliyi irəli sürülmüş hakimlər - SİYAHI

Sabah - mayın 1-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələyə baxılacaq.

“Report”un xəbərinə görə, Prezident İlham Əliyev Ali Məhkəməyə bir neçə hakim təyin edilməsi barədə Milli Məclisə təqdimat göndərib.

Sabahkı komitə iclasında Bakı Apellyasiya Məhkəməsinin hakimləri - İsmayıl Xəlilov, Vüqar Həsənov, Zaur Əliyev, Abidin Hüseynovun, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri Çingiz Əsgərov, Aqil Abbаsov, Bəhram Məmmədli, Bəhman Qəribovun, Gəncə Apellyasiya Məhkəməsinin hakimi İspəndiyar Şəfiyevin Ali Məhkəmənin hakimi təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi