Tərlan Əhmədov: "Qarşıda bizi çətin marafon gözləyir"

Tərlan Əhmədov: "Qarşıda bizi çətin marafon gözləyir" “Bu qarşılaşma ilə təlim-məşq toplanışına yekun vurduq. Bu gün əvvəlki iki matçdan fərqli olaraq daha az şans qazanan futbolçuları meydana buraxdım. İlk hissənin əvvəllərində hesabı açsaq da, oyunun sonlarına doğru qol buraxdıq.
Hadisə
24 Yanvar , 2020 17:43
Tərlan Əhmədov: Qarşıda bizi çətin marafon gözləyir

“Bu qarşılaşma ilə təlim-məşq toplanışına yekun vurduq. Bu gün əvvəlki iki matçdan fərqli olaraq daha az şans qazanan futbolçuları meydana buraxdım. İlk hissənin əvvəllərində hesabı açsaq da, oyunun sonlarına doğru qol buraxdıq".

"Report"un məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Antalyada Slovakiya təmsilçisi "Zemplin"lə keçirdikləri yoxlama görüşündən sonra klubun rəsmi saytına açıqlamasında deyib. 

“Arsenal”la matçdan sonra futbolçularda yorğunluq hiss olunurdu. Həmçinin Ruslan Qurbanovun zədələnməsi son iki matçda planlarımızı pozdu. Buna baxmayaraq, düşünürəm ki, 13 gün ərzində komanda toparlana bildi. Bakıya qayıtdıqdan 2 gün sonra “Qəbələ” ilə oyuna hazırlaşacağıq. Qarşıda bizi çətin marafon gözləyir. Mövsümün sonuna qədər maksimum xal toplayıb, çempionatı istədiyimiz pillədə başa vurmaq niyyətindəyik", - T.Əhmədov deyib.

Qeyd edək ki, "Zemplin"lə 1:1 bərabərə qalan "Keşlə" daha öncə keçirdiyi yoxlama görüşlərində Almaniyanın III Bundesliqa təmsilçisi "Zvikau" klubuna 1:4, ardından Rusiya "Arsenal"ına 1:2 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi