Bu ilin yanvar-aprel aylarında dəyəri 64 milyon manatdan çox olan narkotik qanunsuz dövriyyədən çıxarılıb

Bu ilin yanvar-aprel aylarında dəyəri 64 milyon manatdan çox olan narkotik qanunsuz dövriyyədən çıxarılıb 2024-cü ilin yanvar-aprel ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayis
Hadisə
25 May , 2024 11:06
Bu ilin yanvar-aprel aylarında dəyəri 64 milyon manatdan çox olan narkotik qanunsuz dövriyyədən çıxarılıb

Azərbaycanda 2024-cü ilin yanvar-aprel ayları ərzində 64 milyon manatdan çox olan narkotik qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə "Report"a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 3796 cinayət faktı aşkarlanıb. Onlardan 1069-u narkotik vasitələrin qanunsuz satışı, 2701-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 25-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 1-i isə digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 2 ton 262 kq 740,326 qr narkotik vasitələrin və psixotrop maddələrin 336 kq 272,118 qr-nı heroin, 1 ton 725 kq 753,709 qr-nı marixuana, 60 kq 267,327 qr-nı tiryək,26 kq 557,101 qr-nı həşiş, 105 kq 521,551 qr-nı psixotrop maddələr, 8 kq 368,52 qr-nı digər narkotik vasitələr təşkil edib.Həmçinin göstərilən dövr ərzində 9190 ədəd metadon həbi, 138 ədəd çətənə kolu və 236,1 qr güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.

2024-cü ilin yanvar-aprel ayları ərzində qanunsuz dövriyyədən çıxarılmış 2 ton 262 kq 740,326 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 64 milyon 844.000 min AZN kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2150 nəfər cəlb edilib. Həmin şəxslərdən 2090-ı kişi, 60-ı qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 28 nəfəri xarici ölkə vətəndaşıdır. Xarici ölkə vətəndaşlarından ümumilikdə 99 kq 587,468 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 74 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 777 kq 612,157 qr narkotik vasitə və psixotrop maddə, 9190 ədəd metadon həbi çıxarılıb.

Təhlil göstərir ki, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 196, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 261, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 13, digər növ cinayət faktların sayı 27, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 25 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi 849 kq 469,288 qr, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı isə 407 nəfər azalıb.

Narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 105 fakt, qrup halında olan cinayətlərin sayı isə 4 fakt artıb.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən 4 ay ərzində İİV-ə 536 nəfər yoluxub. Onlardan 526 nəfəri Azərbaycan vətəndaşı, 10 nəfəri isə əcnəbi olub. Azərbaycan vətəndaşları arasında 33 nəfəri (6,3%-i) inyekson narkotik istifadəçiləri olub.

Son xəbərlər

Orphus sistemi