Bu ilin I yarısında Azərbaycanda 20 nəfər iş yerində dünyasını dəyişib

Bu ilin I yarısında Azərbaycanda 20 nəfər iş yerində dünyasını dəyişib Bakı. 19 iyul. REPORT.AZ/ Bu ilin I yarısında Azərbaycanda istehsalat prosesində 71 bədbəxt hadisə baş verib.
Hadisə
19 İyul , 2018 16:48
Bu ilin I yarısında Azərbaycanda 20 nəfər iş yerində dünyasını dəyişib
0 : 00
0 : 00

Bakı. 19 iyul. REPORT.AZ/ Bu ilin I yarısında Azərbaycanda istehsalat prosesində 71 bədbəxt hadisə baş verib.

“Report” xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev məlumat verib.

Onun sözlərinə görə, bu hadisələr nəticəsində 20 nəfər vəfat edib.

Ən çox bədbəxt hadisə tikinti sektorunda qeydə alınıb.

Xatırladaq ki, 2017-ci ilin yekununda istehsalatda bədbəxt hadisələrin sayı 151 olub. Bunlardan 11-i qrup halında baş verib.

Ötən il istehsalat prosesi zamanı 61 nəfər həyatını itirib, 121 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O cümlədən tikinti sektorunda baş vermiş 36 bədbəxt hadisə (onlardan 1-i qrup halında qeydə alınıb) nəticəsində ölənlərin sayı 17 nəfər, xəsarət alanların sayı isə 24 nəfər olub.

Son xəbərlər

Orphus sistemi