Bu ilin əvvəlindən Azərbaycanda 2 tondan artıq narkotik vasitə dövriyyədən çıxarılıb

Hadisə
  • 19 noyabr, 2018
  • 06:45
Bu ilin əvvəlindən Azərbaycanda 2 tondan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov
Report/ Firi Salim

Bakı. 19 noyabr. REPORT.AZ/ "Bu ilin ilk 10 ayı ərzində Azərbaycanda 2 655 fakt üzrə 2,086 ton müxtəlif növ narkotik vasitələr və psixatrop maddələr dövriyyədən çıxarılıb ki, bunun da 1,077 tonu heroin olub”.

“Report” xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov Bakıda keçirilən BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyati məsələlər üzrə alt komissiyasnın 53-cü sessiyasında bildirib.

Onun sözlərinə görə, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə etməklə sağlam həyata qaytarılması istiqamətində sistemli fəaliyyət təmin edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti