​Bu ilin 6 ayında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı qeydə alınan faktlar açıqlanıb

​Bu ilin 6 ayında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı qeydə alınan faktlar açıqlanıb Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 8 fakt qeydə alınıb
Hadisə
5 Avqust , 2016 19:54
​Bu ilin 6 ayında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı qeydə alınan faktlar açıqlanıb

Bakı. 5 avqust. REPORT.AZ/ Ədliyyə Nazirliyinin Penitensiar xidmətin Baş idarəsi, cəzaçəkmə müəssisələri və Bakı İstintaq təcridxanası əməkdaşlarının həyata keçirdikləri axtarış-baxış tədbirləri nəticəsində bu ilin 6 ayı ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 8 fakt qeydə alınıb.

Pentensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, həyata keçirilən axtarış-baxış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan Musa Bayramova qardaşı Abşeron rayonu sakini Mahir Bayramov tərəfindən göndərilən banderola baxış keçirilən zaman içərisində idman şalvarının gizli saxlanc yerinə tikilən 0,470 qram narkotik vasitə hesab olunan heroin və 0,926 qram limon duzu aşkarlanaraq götürülüb.

Həbs olunmuş Abbas Məmmədov Bakı İstintaq təcridxanasına qəbul olunan zaman üzərinə baxış keçirilərkən xüsusi üsulla gizlətdiyi narkotik vasitə olan 0,140 qram heroin və 3,590 qram tiryək aşkarlanıb.

Həbs edilən Rövşən Fərahim oğlu Nəsirovun Bakı İstintaq təcridxanasına qəbul edilərkən üzərində axtarış-baxış tədbiri keçirilib və düz bağırsağında gizlətdiyi sellofan bükülüdə ümumi çəkisi 3,4 q olan 17 ədəd tramadol dərman həbi aşkarlanaraq götürülüb.

Son xəbərlər

Orphus sistemi