Bu ilin ilk 3 ayında Bakı yollarında 33 nəfər həlak olub

Bu ilin ilk 3 ayında Bakı yollarında 33 nəfər həlak olub Bu ilin ilk üç ayında Bakı ərazisində baş vermiş 116 yol-nəqliyyat hadisəsində 33 nəfər həlak olub, 107 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə
22 Aprel , 2019 17:37
Bu ilin ilk 3 ayında Bakı yollarında 33 nəfər həlak olub

Bu ilin ilk üç ayında Bakı ərazisində baş vermiş 116 yol-nəqliyyat hadisəsində 33 nəfər həlak olub, 107 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

"Report"un xəbərinə görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsində (BPİ) cari ilin I rübündə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsində bildirilib.

Qeyd edilib ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 14,1 faiz, ölənlərin sayı 36,5 faiz, xəsarət alanların sayı isə 0,9 faiz azalıb.

Yоl hərəkətinə nəzаrət prоsеsində 173.467, о cümlədən sürət rеjiminə əməl оlunmаmаsı ilə bağlı 85.145, ötmə və manevr qaydalarının pozulmаsı ilə əlаqədаr 9.569 nəqliyyаt vаsitəsinin sərхоş vəziyyətdə idаrə оlunmаsı ilə bаğlı 566 inzibаti хətа aşkar еdilib.

Son xəbərlər

Orphus sistemi