Bu il qayda pozan sürücülərə 58,7 milyon manat məbləğində cərimələr tətbiq edilib

Bu il qayda pozan sürücülərə 58,7 milyon manat məbləğində cərimələr tətbiq edilib Bakı. 13 noyabr. REPORT.AZ/ 2018-ci ilin yanvar-sentyabr aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2017-ci ilin müvafiq dövrünə nisbətən 4,9 faiz artaraq 2635,4 min olub.
Hadisə
13 Noyabr , 2018 17:41
Bu il qayda pozan sürücülərə 58,7 milyon manat məbləğində cərimələr tətbiq edilib

Bakı. 13 noyabr. REPORT.AZ/ 2018-ci ilin yanvar-sentyabr aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2017-ci ilin müvafiq dövrünə nisbətən 4,9 faiz artaraq 2635,4 min olub.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd olunub ki, xətaların 51,5 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması (ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz çox), 13,3 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi (60,7 faiz çox), 10,3 faizi dayanma və ya durma qaydalarının pozulması (6,1 faiz çox), 10,5 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi (12,4 faiz çox), 3,8 faizi icbari sığorta müqaviləsinin bağlanmaması (19,1 faiz az), 3,1 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması (17,9 faiz az), qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.

Qaydaların pozulmasına görə 58,7 milyon manat məbləğində cərimələr tətbiq edilib.

Hafiz Heydərov

Son xəbərlər

Orphus sistemi