Bu il narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 2639 fakt qeydə alınıb

Bu il narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 2639 fakt qeydə alınıb 2022-ci ilin birinci yarımili ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 2639 fakt qeydə alınıb ki, həmin hadisələrdən 933 fakt satışla bağlı olub.
Hadisə
20 iyul 2022 11:32
Bu il narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 2639 fakt qeydə alınıb

2022-ci ilin birinci yarımili ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 2639 fakt qeydə alınıb ki, həmin hadisələrdən 933 fakt satışla bağlı olub.

"Report" xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2022-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirilib.

Bakı şəhər prokuroru Elşən Abbasov çıxışında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının satışı ilə məşğul olan mənbələrin müəyyən edilməsi ilə bağlı əməliyyat–istintaq tədbirlərinin daha da gücləndirilməsini nəzərə çatdırıb.

Quldurluqla bağlı müvafiq dövr ərzində 30 hadisə qeydə alınıb, onlarda 97,1 %-nin açılması təmin edilib.

Orphus sistemi