Yuxarı

Bu il Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən məhkəməyə göndərilən cinayət işləri ən çox bank sektoruna aid olub

Səhiyyə sahəsində 6 cinayət üzrə 6 şəxs, bələdiyyələrlə bağlı 3 cinayət üzrə 4 şəxs barəsində işlər məhkəməyə göndərilib

Bakı. 22 iyul. REPORT.AZ/ “Cari ilin 6 ayı ərzində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən məhkəməyə göndərilən cinayət işləri ən çox bank sektoruna aiddir. Bu sahə üzrə 15 cinayət işi üzrə 30 şəxs barəsində məhkəməyə iş göndərilib”.

“Report” xəbər verir ki, bunu Baş İdarənin rəisi Kamran Əliyev jurnalistlərin suallarını cavablandırarkən deyib.

Özəl sektorda 11 cinayət işi üzrə 17 şəxs, tikintidə 10 cinayət üzrə 21 şəxs, ticarət sahəsində 11 cinayət üzrə 11 şəxs, kənd təsərrüfatı sahəsində 3 cinayət üzrə 9 şəxs, təhsildə 6 cinayət üzrə 13 şəxs, səhiyyə sahəsində 6 cinayət üzrə 6 şəxs, bələdiyyələrlə bağlı 3 cinayət üzrə 4 şəxs, yerli icra orqanları ilə bağlı 3 cinayət üzrə 3 şəxs barəsində işlər məhkəməyə göndərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi