Bu il Azərbaycanda sərxoş sürücülərin törətdiyi yol qəzalarının sayı açıqlanıb

Hadisə
  • 12 may, 2023
  • 11:05
Bu il Azərbaycanda sərxoş sürücülərin törətdiyi yol qəzalarının sayı açıqlanıb

2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 13 hadisə qeydə alınıb.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, nəticədə 3 nəfər həlak olub, 16 nəfər yaralanıb.

Hadisələrin 11-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.