Bu il Azərbaycanda narkotiklə tutulan şəxslərin sayı açıqlanıb

Hadisə
  • 15 sentyabr, 2021
  • 11:37
Bu il Azərbaycanda narkotiklə tutulan şəxslərin sayı açıqlanıb

Azərbaycanda cari ilin 8 sayı ərzində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə əlaqəli 3 611 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Onların hər biri barəsində cinayət-prosessual məcburiyyət tədbirlərinə uyğun olaraq, həbs, başqa yerə getməmək barədə iltizam, polisin nəzarəti altına vermə və digər qətimkan tədbirləri seçilib.