Bu il Azərbaycanda yanğın hadisələri azalıb

Bu il Azərbaycanda yanğın hadisələri azalıb FHN Dövlət Yanğın Nəzarəti Xidməti respublika ərazisində 2020-ci və 2021-ci illərin I rübü ərzində təhqiqatı aparılmış yanğınların statistik göstəricilərinin müqayisəli təhlilini aparıb
Hadisə
3 May , 2021 14:26
Bu il Azərbaycanda yanğın hadisələri azalıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti respublika ərazisində 2020-ci və 2021-ci illərin I rübü ərzində təhqiqatı aparılmış yanğınların statistik göstəricilərinin müqayisəli təhlilini aparıb.

Bu barədə “Report”a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən mütəmadi olaraq müəssisə və təşkilatlarda həyata keçirilən nəzarət, o cümlədən əhali ilə aparılan maarifləndirmə tədbirlərinin nəticəsi olaraq, yanğın hadisələrinin göstəricilərinin dinamikasında azalmaya nail olunub.

Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğınların ümumi sayında 108, insan tələfatı 3, yaşayış sektorunun payına düşən yanğınlarda 109, ticarət obyektlərində 2, meşə sahələrində 1, nəqliyyat vasitələrində baş vermiş yanğınların sayında 9 fakt azalma, yanğın hadisələrindən dövlət, bələdiyyə və xüsusi mülkiyyətə dəyən maddi ziyanın məbləğində isə 11 6000 manat (2%) azalma qeydə alınıb.

Yanğınların profilaktikası istiqamətində Xidmət tərəfindən səlahiyyətləri çərçivəsində zəruri tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi