Bu il Azərbaycana təxminən 15 mlrd. dollar səviyyəsində sərmayə qoyuluşu gözlənilir

Bu il Azərbaycana təxminən 15 mlrd. dollar səviyyəsində sərmayə qoyuluşu gözlənilir Prezident: "Azərbaycan bu gün dünya miqyasında sərmayə qoyuluşu üçün çox cəlbedici ölkəyə çevrilib"
Hadisə
10 Yanvar , 2018 22:38
Bu il Azərbaycana təxminən 15 mlrd. dollar səviyyəsində sərmayə qoyuluşu gözlənilir

Bakı. 10 yanvar. REPORT.AZ/ "Əminəm ki, bu il sərmayə qoyuluşu əvvəlki ilin səviyyəsində olacaq. Qeyd etdiyim kimi, keçən il 14,6 milyard dollar sərmayə qoyulub. Əlbəttə ki, ilin əvvəlində dəqiq proqnoz vermək çətindir. Ancaq biz hesablamalar aparmışıq və təxminən 15 milyard dollar səviyyəsində sərmayə qoyuluşu gözlənilir".

"Report" xəbər verir ki, bunu Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev söyləyib.

Dövlət başçısı bu rəqəmin arta biləcəyini də qeyd edib:

"Bu rəqəm arta da bilər və biz çalışmalıyıq ki, bu, artsın. Çünki Azərbaycan bu gün dünya miqyasında sərmayə qoyuluşu üçün çox cəlbedici ölkəyə çevrilib. Həm iqtisadi sabitlik, valyuta ehtiyatlarımız, siyasi sabitlik və Azərbaycanda həyata keçirilən önəmli layihələrin kommersiya cəlbediciliyi xarici sərmayənin cəlb edilməsində bizə kömək göstərəcək".

Son xəbərlər

Orphus sistemi