Bakı. 19 iyul. REPORT.AZ/ Bu il Azərbaycana könüllü qayıdan azərbaycanlıların sayı açıqlanıb.
"Report"un məlumatına görə, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu ilin ilk yarısının yekunlarına həsr olunmuş tədbirdə bildirib ki, hesabat dövründə xarici ölkələrdə qeyri-müəyyən vəziyyətdə yaşayan Azərbaycan vətəndaşlarının readmisiyası ilə bağlı 640 şəxs barədə 322 sorğu daxil olub: "Bu il Azərbaycanın 206 vətəndaşının readmisiyası, yəni ölkəyə qayıtması həyata keçirilib".