Bu il 760 yol-nəqliyyat hadisəsi baş verib

Bu il 760 yol-nəqliyyat hadisəsi baş verib Bu ilin yanvar-iyun aylarında ölkədə 760 və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 7,5 faiz az yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
368
10 Avqust , 2020 12:12
Bu il 760 yol-nəqliyyat hadisəsi baş verib

Bu ilin yanvar-iyun aylarında ölkədə 760 və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 7,5 faiz az yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə "Report" Dövlət Statistika Komitəsindən məlumat verilib. 

Qeyd olunub ki, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 5,6 faiz azalaraq 1 026 nəfər olub. Onlardan 325-i həlak olub, 701-i isə yaralanıb. Hadisələrin 41,7 faizi gündüz, 36,3 faizi gecə, 22,0 faizi isə toran vaxtı baş verib, 29,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 89,2 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrü ilə eyni səviyyədə qalaraq 249 nəfər, yaralananların sayı 10,1 faiz azalaraq 650 nəfər olub.

Orphus sistemi