Bakı-Sumqayıt elektrik qatarının hərəkətində problem yaranıb - YENİLƏNİB

Bakı-Sumqayıt elektrik qatarının hərəkətində problem yaranıb - YENİLƏNİB
Hadisə
3969
17 Yanvar , 2019 22:40
Bakı-Sumqayıt elektrik qatarının hərəkətində problem yaranıb - YENİLƏNİB

Bakı. 17 yanvar. REPORT.AZ/ Bakı-Sumqayıt elektrik qatarının hərəkətində problem yaranıb.

Bu barədə "Report"a qatarın sərnişinləri bildiriblər.

Onların sözlərinə görə, Sumqayıta doğru hərəkət edən qatar saat 19:48-də Güzdək istiqamətində 1 saat 15 dəqiqə dayanıb. "Maşinist hər 10 dəqiqədən bir bildirirdi ki, qatarın dayanmasına səbəb hava şəraitidir", - deyə onlar qeyd ediblər.

Sərnişinlərin sözlərinə görə, yaranmış problem həll edilmədiyindən Bakı-Sumqayıt qatarının hərəkəti mümkün olmayıb və qatar teplovoz vasitəsilə təyinat nöqtəsinə aparılıb.

"Azərbaycan Dəmir Yolları" QSC-dən "Report"a bildirilib ki, qatarın hərəkətində dayanma olmayıb, sadəcə, hava şəraiti ilə əlaqədar sürət həddi endirilib.


***21:19

Bakı-Sumqayıt elektrik qatarında sürət həddi endirilib.

Bunu " Report"a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib.

Onun sözlərinə görə, bu, hava şəraiti ilə əlaqədardır. Məqsəd sərnişinlərin təhlükəsizliyini təmin etməkdir.