Terrorçu silahlı birləşmənin üzvü: “Bilirdim ki, Qarabağ Azərbaycanındır” - YENİLƏNİB-3

Terrorçu silahlı birləşmənin üzvü: “Bilirdim ki, Qarabağ Azərbaycanındır” - YENİLƏNİB-3 Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktının elan olunur
Hadisə
29 İyun , 2021 17:53
Terrorçu silahlı birləşmənin üzvü: “Bilirdim ki, Qarabağ Azərbaycanındır” - YENİLƏNİB-3

Bu gün Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında erməni terror dəstəsinin üzvü olan Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Seryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktının elanı başa çatıb.

Daha sonra təqsirləndirilən şəxslərə sərbəst ifadə vermək təklif olunub.

Məhkəmədə təqsirləndirilən H.Hovanesyan bildirib ki, noyabrın 25-də hərbi hissəyə çağırılıb və silahla təmin edilərək Laçına, oradan da Hadruta göndərilib:

"Bizə dedilər ki, sərhədimizi qorumağa gedirsiniz və posta göndərdilər. Dekabrın 13-də Arsen Kazaryan bizim dəstə rəhbərinə zəng etdi ki, ordan düşək. Dağdan aşağı düşən zaman Azərbaycan hərbçiləri bizi saxladılar, silahlarımızı aldılar. Ermənistanın kapitulyasiya aktı imzalamasını bilirdim, amma aktın məzmunundan məlumatım yox idi".

Prokurorun suallarını cavablandıran dəstə üzvü qeyd edib ki, saxlanılmamışdan bir gün əvvəl Azərbaycan hərbçiləri erməni silahlı dəstəsinə ərazidən çıxmağı tapşırsa da, onlar bu göstərişə əməl etməyib:

“Müharibənin bitməsini bilirdik, amma bilmirdik ki, Azərbaycan Qarabağı qaytarıb. Bizə demişdilər müharibə bitib, amma hansı ərazinin bizdə olduğunu demirdilər. Mən bilirdim ki, Qarabağ Azərbaycanındır. Hərbi xidməti də Azərbaycan ərazisində keçdiyimi bilirdim, buna məcbur idim. Çünki komissarlıq məni hərbi xidmətə ora göndərmişdi".

Növbəti proses iyulun 2-nə təyin edilib.

13:03

Bu gün Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında erməni terror dəstəsinin üzvü olan Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Seryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə tərkibi və dövlət ittihamçısı elan olunub, təqsirləndirilən şəxslərə hüquqları izah edilib.

Hakim deyib ki, müttəhimlər ifadə verməkdən imtina, məhkəmə və dövlət ittihamçısına etiraz edə bilər.

Təqsirləndirilən şəxslər ibtidai istintaqdan və saxlanma şəraitlərindən narazı olmadıqlarını bildiriblər: “Bizə heç bir təzyiq olunmayıb”.
Müttəhimlərin vəkilləri vəsatətlə çıxış edərək qeyd ediblər ki, Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan və Ermənistan silahlı qüvvələrinin sabiq baş qərargah rəisi Onik Qasparyan barəsində cinayət işi başlanmalı, həmin şəxslər prosesdə ən azı şahid qismində dindirilməlidir.

Təqsirləndirilən şəxslər də vəsarətlə razı olduqlarını söyləyiblər.

Dövlət ittihamçısı deyib ki, vəsatət Cinayət Prosessual Məcəlləsinin 318-ci və 207-ci maddələrinin tələblərinə ziddir: “Məhkəmə təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittiham əsasında cinayət işlərinə baxır. Əgər məhkəmə baxışı zamanı başqa şəxsin əməlində cinayət işi olarsa, bu məsələ ittihamdan ayrılıb ayrıca icraata verilməlidir”.

Vəsatət təmin edilməyib.

Daha sonra məhkəmə istintaqı başlanıb. Prokuror ittiham aktını elan edib.

Prsosesdə fasilə elan olunub.

10:25

Bu gün Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında erməni terror dəstəsinin üzvü olan Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Seryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunur.

07.35

Bu gün Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında erməni terror dəstəsinin üzvü olan Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Seryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdiriləcək.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçiriləcək prosesdə ittiham aktının elan ediləcəyi və təqsirləndirilən şəxslərin dindiriləcəyi gözlənilir.

Qeyd edək ki, Ermənistan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaradıblar. Onlar 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq, 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Həmin silahlı dəstənin 14 nəfər üzvü barəsində cinayət işinin istintaqının yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilməsi barədə ictimaiyyətə daha əvvəl məlumat verilib.

Hazırda sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin - Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç və qeyrilərinin, ümumilikdə 13 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Son xəbərlər

Orphus sistemi