BSU-nun sabiq şöbə müdirinin məhkəməsinin vaxtı məlum olub

BSU-nun sabiq şöbə müdirinin məhkəməsinin vaxtı məlum olub Bakı Slavyan Universitetinin (BSU) Əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəməsinin vaxtı məlum olub.
Hadisə
29 İyul , 2021 09:33
BSU-nun sabiq şöbə müdirinin məhkəməsinin vaxtı məlum olub

Bakı Slavyan Universitetinin (BSU) Əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəməsinin vaxtı məlum olub.

“Report”un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hazırlıq iclası avqustun 4-nə təyin edilib.

Məhkəmə prosesinə hakim Əli Məmmədovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Dürdanə Əliyeva barəsində BDU-nun tələbələrindən daxil olan çoxsaylı şikayətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılmaqla Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə, külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi