Yuxarı

BŞBPİ gecə klubunda baş verən insidentlə bağlı açıqlama yayıb

Hazırda faktla bağlı araşdırma davam etdirilir

Bakı. 10 yanvar. REPORT.AZ/ Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) gecə klubunda baş verən insidentlə bağlı açıqlama yayıb.

İdarədən "Report"a verilən məlumatda bildirilir ki, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən “Leqenda” gecə klubunda ötən il dekabrın 29-da reper Ramil Nabranın iştirakı ilə “Party” təşkil olunub: "Samir və Azər Namiq oğlu Hüseynovlar da kluba əylənmək üçün gəliblər. Onlar klubda olarkən “Leqenda”nın işçisi Elçin Mürvət oğlu Allahverdiyevlə aralarında mübahisə baş verib. Mübahisə zamanı tərəflərdən heç biri digərlərinə qarşı fiziki zor tətbiq etməyib, klubda kütləvi dava-dalaş baş verməyib, klubun pəncərələri və şüşələri qırılmayıb. Hazırda faktla bağlı araşdırma davam etdirilir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi