Yuxarı
    Bağlamaq

    BŞBPİ Bakıda silsilə oğurluqlar edən şəxslər barədə məlumat yayıb

    Qeyd olunan faktlarla  bağlı cinayət işi başlanılıb, istintaq aparılır

    Bakı. 8 dekabr. REPORT.AZ/ Bakı Şəhər baş Polis İdarəsi (BŞBPİ) Bakıda silsilə oğurluqlar edən şəxslər barədə məlumat yayıb. Bu barədə "Report"a BŞBPİ-nin mətbuat xidmətindən məlumat verilib. Nizami Rayon Polis İdarəsi (RPİ) 25-ci Polis Bölməsi, Sabunçu RPİ Cinayət Axtarış Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Ruslan Səlimliyə, Teymur İsmayılova məxsus mənzillərdən televizor və Hüseyn İsgəndərliyə məxsus internet klubundan televizor və oyun-əyləncə avadanlıqlarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Belə ki, əməliyyat zamanı Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Tahir İbadov tutulub. Şübhəli şəxs ətrafında keçirilən ilkin əməliyyat-istintaq tədbirləri ilə müəyyən olunub ki, o həmyerlisi 1993-cü il təvəllüdlü İbrahim Qasımovla birlikdə noyabrın 2-də Ə.Hacıyev küçəsində Vasif Əliyevin mənzilindən, pəncərəni sındırmaqla televizor oğurlayıb. Keçirilən əməliyyat tədbirləri ilə İ.Qasımov da tutulub.

     Qeyd olunan faktlarla  bağlı cinayət işi başlanılıb, istintaq aparılır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi