BP-yə işə düzəltmək adı ilə dələduzluq edən şəxsin məhkəməsində şahidlər dindirilib

BP-yə işə düzəltmək adı ilə dələduzluq edən şəxsin məhkəməsində şahidlər dindirilib Bakı. 26 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Seymur Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib
Hadisə
26 Aprel , 2018 16:48
BP-yə işə düzəltmək adı ilə dələduzluq edən şəxsin məhkəməsində şahidlər dindirilib

Bakı. 26 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Seymur Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində həkim Fərman Həsənov dindirilib.

O, istintaqa verdiyi ifadəsini təsdiqlədiyini deyib.

Daha sonra şahid Ağaxan İbadov ifadə verib. O söyləyib ki, işə düzəltmək adı ilə S.Əhmədova 3500 manat pul verib, amma o, pulu qaytarmayıb.

Rasim İbişov deyib ki, qohumu Samir Qasımovu BP-yə işə düzəltmək üçün S.Əhmədova pul verib, lakin o, pulu qaytarmayıb.

Rəşid Cənnətəliyev də dostunu BP şirkətinə sürücü vəzifəsinə düzəltmək üçün 2500 manat verdiyini bildirib.

S.Əhmədova pul verən şəxslər rüşvət məqsədi ilə verdiyi üçün zərərçəkmiş yox, şahid kimi tanınırlar.

Qeyd edək ki, təqsirləndirilən şəxs BP neft şirkətinə işə düzəltmə adı ilə 6 nəfərə qarşı 20 min manata yaxın ziyan vurub.

S.Əhmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

Son xəbərlər

Orphus sistemi