Böyük Vətən müharibəsində həlak olanların xatirəsi yad edildi

Böyük Vətən müharibəsində həlak olanların xatirəsi yad edildi Mayın 9-da Müdafiə Nazirliyinin bir qrup şəxsi heyəti Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75-ci ildönümü münasibətilə İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad edib.
Hadisə
9 May , 2020 15:42
Böyük Vətən müharibəsində həlak olanların xatirəsi yad edildi

Mayın 9-da Müdafiə Nazirliyinin bir qrup şəxsi heyəti Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75-ci ildönümü münasibətilə İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad edib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, Bakı şəhərində keçirilən anım mərasimlərində hərbi qulluqçular Sovet İttifaqı Qəhrəmanlarının xatirəsinə ucaldılmış abidələri və Qardaşlıq məzarlarını ziyarət ediblər.

Tədbirlər digər qarnizon və iri şəhərlərdə də keçirilib.

Son xəbərlər

Orphus sistemi