Bakı
"Report"un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, M.Neymətov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il Nizami rayonu, Bəkir Çobanzadə küçəsində baş verib.
1987-ci il təvəllüdlü Mahir Nemətov keçmiş arvadı ilə yeni ailə quran 1995-ci il təvəllüdlü Azad Ağayevlə əlbəyaxa dava edərək onu bıçaqlayıb.
Daha sonra Mahir Nemətov keçmiş qayınatası, 1957-ci il təvəllüdlü Əhmədov Fətulla Möhübbət oğluna da bıçaqla xəsarət yetirib.
Ona Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürülüb.