Bomba qoyulması barədə yalan məlumat verən şəxs saxlanılıb

Bomba qoyulması barədə yalan məlumat verən şəxs saxlanılıb Bakı. 13 dekabr. REPORT.AZ/ Dekabrın 12-də saat 18 radələrində DİN-in “102 – Zəng Mərkəzi”nə mobil telefonla zəng vuran şəxs 3 ədəd bomba qoyulması barədə məlumat verib.
Hadisə
13 Dekabr , 2018 11:47
Bomba qoyulması barədə yalan məlumat verən şəxs saxlanılıb
0 : 00
0 : 00

Bakı. 13 dekabr. REPORT.AZ/ Dekabrın 12-də saat 18 radələrində DİN-in “102 – Zəng Mərkəzi”nə mobil telefonla zəng vuran şəxs 3 ədəd bomba qoyulması barədə məlumat verib.

DİN-in mətbuat xidmətindən "Report"a bildirilib ki, məlumatla əlaqədar dərhal müvafiq tədbirlər görülüb, lakin fakt təsdiqini tapmayıb.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yalan məlumat verən şəxs - Şəmkir şəhər sakini, əvvəllər məhkum olunmuş Əkbər Həsənov Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun ağır dərəcəli sərxoş vəziyyətdə olması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi