Bolqarçayda suyun səviyyəsi əvvəlki vəziyyətinə qayıdıb

Bolqarçayda suyun səviyyəsi əvvəlki vəziyyətinə qayıdıb Biləsuvar rayonunda bir neçə gün öncə sel təhlükəsi yaşanan Bolqarçay çayında suyun səviyyəsi əvvəlki vəziyyətinə qayıdıb.
Hadisə
4 İyun , 2023 23:08
Bolqarçayda suyun səviyyəsi əvvəlki vəziyyətinə qayıdıb

Biləsuvar rayonunda bir neçə gün öncə sel təhlükəsi yaşanan Bolqarçay çayında suyun səviyyəsi əvvəlki vəziyyətinə qayıdıb.

Bu barədə “Report”un yerli bürosuna rayon sakinləri məlumat verib.

Onlar həmçinin qeyd edib ki, çayda gursululuq nəticəsində Bolqarçay su anbarı da dolub.

Qeyd edək ki, mayın 31-i saat 02:00 radələrində İran ərazisindən böyük su kütləsi Bolqarçay çayı vasitəsilə rayon ərazisinə daxil olub.

Sel sularının qarşısının alınması xüsusi qərargah yaradılıb.

Son xəbərlər

Orphus sistemi