BNA: Sərnişinlərdən gediş haqqı tələb edən daşıyıcılar cəzalandırılacaqlar

BNA: Sərnişinlərdən gediş haqqı tələb edən daşıyıcılar cəzalandırılacaqlar Bakı. 4 iyul. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyinin (BNA) tələblərinə baxmayaraq, Bakı şəhərində fəaliyyət göstərən bəzi marşrut avtobus sürücüləri sərnişinlərdən ödəniş tələb edirlər.
Hadisə
242
4 İyul , 2018 09:03
BNA: Sərnişinlərdən gediş haqqı tələb edən daşıyıcılar cəzalandırılacaqlar
0 : 00
0 : 00

Bakı. 4 iyul. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyinin (BNA) tələblərinə baxmayaraq, Bakı şəhərində fəaliyyət göstərən bəzi marşrut avtobus sürücüləri sərnişinlərdən ödəniş tələb edirlər.

Bunu "Report"a paytaxt sakinləri bildiriblər.

Onların sözlərinə görə, hazırda 30, 32, 46 və 49 saylı marşrut avtobuslarında sərnişinlərdən gediş haqqı tələb olunur.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev "Report"a bildirib ki, tələblərə əməl etməyən daşıyıcılar cəzalandırılacaqlar: "Belə bir gündə verilən göstərişə əməl etməyən, əhalini narazı salan və işinə məsuliyyətsiz yanaşan daşıyıcı, şəxslər barəsində ən sərt tədbirlər görüləcək".

Son xəbərlər

Orphus sistemi