Biznes qurmaq adı ilə vətəndaşların 400 min manatını ələ keçirməkdə şübhəli bilinən Lənkəran sakini saxlanılıb

Biznes qurmaq adı ilə vətəndaşların 400 min manatını ələ keçirməkdə şübhəli bilinən Lənkəran sakini saxlanılıb DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran sakini olan bir nəfər Nihad Rəhimli adlı şəxsin Birləşmiş Ərəb Əmirliklərindən fotoaparatlar gətirib burada satmaq adı ilə onun 355 min manat pulunu ələ keçirməsi barədə
Hadisə
25 May , 2024 11:21
Biznes qurmaq adı ilə vətəndaşların 400 min manatını ələ keçirməkdə şübhəli bilinən Lənkəran sakini saxlanılıb

Nihad Rəhimli adlı şəxsin Birləşmiş Ərəb Əmirliklərindən fotoaparatlar gətirib satmaq adı ilə vətəndaşın 355 min manat pulunu ələ keçirməsi barədə polisə məlumat daxil olub.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, N.Rəhimlinin iş qurmaq adı ilə şirnikləndirici vədlər verərək digər bir Lənkəran sakininə qarşı dələduzluq etdiyi də müəyyən edilib. O, Dubayda otel biznesinə yatırım etmək adı ilə zərərçəkənin 40 min manat pulunu ələ keçirib.

N.Rəhimli istintaqdan yayınmaq məqsədilə bir müddət müxtəlif ünvanlarda gizlənsə də, Bakı şəhərində saxlanılaraq istintaqa təhvil verilib. Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda həmin şəxsin digər analoji əməllərinin olub-olmadığı araşdırılır.

Son xəbərlər

Orphus sistemi