Yuxarı
    Bağlamaq

    “Bizim Market” şəbəkəsinin sahibinə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

    İşə hakim Səbuhi Əliyevin sədrliyi ilə baxılacaq

    Bakı. 17 fevral. REPORT.AZ/ “Bizim Market” şəbəkəsinin sahibi Rasim Salmanova qarşı dələduzluq etməkdə təqsirləndirilən Sahib Quliyevin ibtidai istintaqı yekunlaşaraq məhkəməyə göndərilib.

    Bu barədə “Report”a S.Quliyevin vəkili Vasif Mirzəyev məlumat verib.

    Onun sözlərinə görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində fevralın 23-nə təyin edilib.

    İşə hakim Səbuhi Əliyevin sədrliyi ilə baxılacaq.

    Qeyd edək ki, S.Quliyev “Bizim Market” şəbəkəsinin sahibi Rasim Salmanovun 2015-ci il dekabr ayının 17-də Bakı Şəhər Baş Polis İdarəsinə verdiyi şikayət ərizəsi əsasında saxlanılaraq, barəsində dələduzluq maddəsi ilə cinayət işi başlanıb. R.Salmanovun şikayət ərizəsində qeyd edib ki, S.Quliyev onun 2 milyon 116 min 300 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

    Ötən il fevral ayının 3-də Xətai Rayon Məhkəməsində S.Quliyev barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. Daha sonra həbs qətimkan tədbirinin müddəti bir neçə dəfəf uzadılıb.

    S.Quliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi