“Bizim Market” şəbəkəsinin sahibinə qarşı dələduzluq edən şəxsin vəsatəti təmin edilməyib

“Bizim Market” şəbəkəsinin sahibinə qarşı dələduzluq edən şəxsin vəsatəti təmin edilməyib Növbəti proses iyunun 20-nə təyin olunub
Hadisə
14 İyun , 2017 12:28
“Bizim Market” şəbəkəsinin sahibinə qarşı dələduzluq edən şəxsin vəsatəti təmin edilməyib
Report

Bakı. 14 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim Market” şəbəkəsinin sahibi Rasim Salmanova qarşı dələduzluq etməkdə təqsirləndirilən Sahib Quliyev və onun anası Həcər Quliyevanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Səbuhi Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Elxan Süleymanlı vəsatətlə çıxış edib.

O, zərərçəkmiş Rasim Salmanovun istintaq zamanı sübut kimi qara mühasibatlıq sənədlərini, pul vəsaitlərinin qeyri-rəsmi uçot sənədlərini təqdim etdiyini deyib. Müdafiəçinin sözlərinə görə, müstəntiq həmin sənədlərə istinad edərək, S.Quliyevin əleyhinə istifadə edib: "Bunun üçün 2012-2016-cı illərin fəaliyyətini əks etdirən məlumatlar vergi orqanlarından alınıb təhlil edilməlidir. Bütün bunlara aydınlıq gətirmək üçün marketlərin fəaliyyət dövrləri üzrə gəlir və mənfəət vergisi bəyəmnamələrinin və ona əlavələrin Vergilər Nazirliyindən alınmasını, Sahib Quliyev tərəfindən xarici ölkələrə göndərilən pullar barədə Maliyyə Bazarlarına Nəzarət Palatasınının Maliyyə Monitorinqi Xidmətinə sorğu ilə müraciət etməyinizi istəyirəm".

Məhkəmə vəsatəti təmin etməyib.

Növbəti proses iyunun 20-nə təyin edilib.

Qeyd edək ki, S.Quliyev və H.Quliyeva “Bizim Market” şəbəkəsinin sahibi Rasim Salmanovun 2015-ci il dekabr ayının 17-də Bakı Şəhər Baş Polis İdarəsinə verdiyi şikayət ərizəsi əsasında saxlanılaraq, barələrində dələduzluq maddəsi ilə cinayət işi başlanıb. R.Salmanovun şikayət ərizəsində qeyd edib ki, hər iki şəxs onun 2 milyon 116 min 300 manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər. Ötən il fevral ayının 3-də Xətai Rayon Məhkəməsində S.Quliyev və onun anası barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Daha sonra həbs qətimkan tədbirinin müddəti bir neçə dəfəf uzadılıb. Həmin şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurlar.

Son xəbərlər

Orphus sistemi