“Bizim Market”in sahibinə qarşı dələduzluq edən ana və oğlunun şikayəti əsasında məhkəmə başlayır

“Bizim Market”in sahibinə qarşı dələduzluq edən ana və oğlunun şikayəti əsasında məhkəmə başlayır İşə hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baxılacaq
Hadisə
4 Sentyabr , 2017 09:16
“Bizim Market”in sahibinə qarşı dələduzluq edən ana və oğlunun şikayəti əsasında məhkəmə başlayır

Bakı. 4 sentyabr. REPORT.AZ/ “Bizim Market” şəbəkəsinin sahibi Rasim Salmanova qarşı dələduzluq etməkdə təqsirləndirilən Sahib Quliyev və onun anası Həcər Quliyevanın barələrində olan hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı açıqlanıb.

"Report"un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas sentyabrın 7-nə təyin edilib.

İşə hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, S.Quliyev və H.Quliyeva “Bizim Market” şəbəkəsinin sahibi Rasim Salmanovun 2015-ci il dekabr ayının 17-də Bakı Şəhər Baş Polis İdarəsinə verdiyi şikayət ərizəsi əsasında saxlanılaraq barələrində dələduzluq maddəsi ilə cinayət işi başlanıb. R.Salmanov şikayət ərizəsində qeyd edib ki, hər iki şəxs onun 2 milyon 116 min 300 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Ötən il fevral ayının 3-də Xətai Rayon Məhkəməsində S.Quliyev və onun anası barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Daha sonra həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb. Həmin şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Quliyev 11 il və H.Quliyeva 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi