Bir nömrəli Respublika Psixatriya Xəstəxanasında ölüm hadisəsi baş verib

Bir nömrəli Respublika Psixatriya Xəstəxanasında ölüm hadisəsi baş verib Xəstəxanada müayinə olunan Lənkəran rayon sakini Cəmaləddin Nuriyev dünyasını dəyişib
Hadisə
11 Aprel , 2017 07:15
Bir nömrəli Respublika Psixatriya Xəstəxanasında ölüm hadisəsi baş verib

Bakı. 11 aprel. REPORT.AZ/ Sabunçu rayonunda xəstəxanalardan birində ölüm hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Mağtağa qəsəbəsində yerləşən 1 nömrəli Respublika Psixatriya Xəstəxanasında qeydə alınıb.

Belə ki, xəstəxanada müalicə olunan 1975-ci il təvəllüdlü Lənkəran rayon sakini Nuriyev Cəmaləddin İsmayıl oğlu dünyasını dəyişib. Onun ağ ciyərin iltihabı xəstəliyindən vəfat etdiyi bildirilir.

C.Nuriyevin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi