Bir neçə gün öncə itkin düşən tələbə Qubada tapılıb - FOTO

Bir neçə gün öncə itkin düşən tələbə Qubada tapılıb - FOTO Quba. 24 fevral. REPORT.AZ/ Bakıya getmək adı ilə evdən çıxan tələbə Quba rayonunda tapılıb.
Hadisə
24 Fevral , 2019 20:20
Bir neçə gün öncə itkin düşən tələbə Qubada tapılıb - FOTO

Quba. 24 fevral. REPORT.AZ/ Bakıya getmək adı ilə evdən çıxan tələbə Quba rayonunda tapılıb.

Bu barədə "Report"un şimal bürosuna DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Məlumata görə, fevral ayının 17-də itkin düşən Goranboy rayon sakini, Mayis Qurbanov Quba rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Quba rayonu ərazisində tapılıb. Bakı Dövlət Universitetinin 1-ci kurs tələbəsi olan M.Qurbanov artıq ailəsinə təhvil verilib.

M.Qurbanovun Qubaya iş taparaq orada işləmək üçün getdiyi bildirilir.

Qeyd edək ki, Goranboy rayon sakini olan M.Qurbanov ailəsinə öncə Gəncə şəhərinə oradan isə paytaxta gedəcəyini bildirərək evdən çıxıb, daha sonra ailəsi ondan heç bir xəbər ala bilməyib.

Son xəbərlər

Orphus sistemi