Bir gündə 6 koronavirus xəstəsi saxlanılıb, 2 nəfər barəsində cinayət işi açılıb

Bir gündə 6 koronavirus xəstəsi saxlanılıb, 2 nəfər barəsində cinayət işi açılıb Sentyabrın 16-da daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 6 aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Hadisə
258
17 Sentyabr , 2021 11:11
Bir gündə 6 koronavirus xəstəsi saxlanılıb, 2 nəfər barəsində cinayət işi açılıb

Sentyabrın 16-da daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 6 aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 2 nəfər barəsində cinayət işi başlanılıb.

Hazırda istintaq araşdırmaları davam etdirilir.

Son xəbərlər

Orphus sistemi