Bir gecədə üç ev yanıb

Bir gecədə üç ev yanıb Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 200 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları 60 m² sahədə yanıb.
Hadisə
2120
5 Yanvar , 2021 08:23
Bir gecədə üç ev yanıb

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 200 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları 60 m² sahədə yanıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Yüksək temperaturdan lambirindən ibarət tavan 8 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bundan başqa, Beyləqan rayonunun İmamverdili kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Eyni zamanda Sumqayıt şəhərində ümumi sahəsi 220 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində ev əşyaları 15 m² sahədə yanıb. Ev yanğından mühafizə olunub. Hər üç yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi