Yuxarı

Bakıda evlərdən külli miqdarda pul və qızıl əşyaları oğurlayan şəxslər tutulub

Onlardan narkotik götürülüb

Bakı. 5 fevral. REPORT.AZ/ Bakıda quldurluq etməkdə şübhəli bilinən şəxslər tutulub. 

Daxili İşlər Nazirliyindən "Report"a verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci və 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 20-22-də Bakı şəhər sakinləri Vaqif Musayevin və arvadı Nəcibənin, habelə Şövkət Mərdanovanın evlərindən ümumilikdə 702 manat, 300 ABŞ dolları, mobil telefon və 5000 manat dəyərində qızıl əşyaları quldurluq yolu ilə aparan Bakı şəhər sakinləri Səlim Qədimov, Kənan Əliyev, Tərlan Babayev və Famil Əliyev tutulublar.

S.Qədimovdan 0,201 qram heroin, 2,05 qram marixuana, bıçaq və qayçı, K.Əliyevdən 0,180 qram, F.Əliyevdən 0.169 qram və T.Babayevdən 0,172 qram heroin götürülüb.

Faktla bağlı araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi