Kürdəmirdə 3 avtomobil toqquşub, onlardan biri yanıb, 5 nəfər xəsarət alıb

Kürdəmirdə 3 avtomobil toqquşub, onlardan biri yanıb, 5 nəfər xəsarət alıb Kürdəmirdə ağır yol qəzası baş verib.
Hadisə
13 Avqust , 2021 17:54
Kürdəmirdə 3 avtomobil toqquşub, onlardan biri yanıb, 5 nəfər xəsarət alıb

Kürdəmirdə ağır yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, üç "Hyundai" markalı avtomaşın toqquşub. Hadisə zamanı avtomobillərdən biri, Bakı sakini 44 yaşlı Qədirov Ceyhun Şakay oğluna məxsus nəqliyyat vasitəsi yanaraq külə dönüb və sürücü xəsarət alıb.

Bundan başqa, digər avtomobildə bir ailənin beş üzvü - sürücü 29 yaşlı Həsənov Asim Asif oğlu və onun ailə üzvləri 27 yaşlı Həsənli Nuranə Rüstəm qızı, 29 yaşlı Həsənli Günel Asif qızı, 6 yaşlı Həsənli Səid Asim oğlu və 3 yaşlı Həsənli Asif Asim oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yanan avtomobili söndürmək üçün hadisə yerinə FHN-nin Kürdəmir rayon dövlət yanğından mühafizə idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və digər avtomobillərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi