​Bakının Binəqədi rayonunda yaşayış binasında elektrik sayğacları yanıb

​Bakının Binəqədi rayonunda yaşayış binasında elektrik sayğacları yanıb Mənzillər yanğından mühafizə olunub.
Hadisə
5 İyun , 2016 09:24
​Bakının Binəqədi rayonunda yaşayış binasında elektrik sayğacları yanıb

Bakı. 5 iyun. REPORT.AZ/ Paytaxtın Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. "Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yaşayış binasının 6-cı mərtbəsinin pilləkən qəfəsində quraşdırılmış 10 ədəd elektrik sayğacı yanıb.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 08:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi