Bakı. 28 fevral. REPORT.AZ/ Bakı şəhərinin Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli evin 1-ci mərtəbəsində yerləşən hamam otağında plastik vanna 1 kv.m sahədə yanıb. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, yüksək temperaturdan 8 kv.m sahədə lambirdən ibarət tavan əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Binəqədidə yanğın olub
Hadisə
28 Fevral , 2015
09:10
https://static.report.az/photo/6d240c8b-9bae-4939-9b69-339f62d5ac39.jpg