Yanan binanın sakinlərinə kompensasiya ödənilməsinə başlanılıb

Yanan binanın sakinlərinə kompensasiya ödənilməsinə başlanılıb Zərərçəkənlər pulları "Kapital bank"dan götürürlər
Hadisə
150
22 May , 2015 16:42
Yanan binanın sakinlərinə kompensasiya ödənilməsinə başlanılıb

Bakı. 22 may. REPORT.AZ/ Bakı şəhərinin Binəqədi rayonunda yanan çoxmərtəbəli binanın sakinlərinə kompensasiya verilməsinə başlanılıb. "Report" xəbər verir ki, artıq sakinlər səyyar "ASAN xidmət"də sənədləşmə işləri həyata keçirirlər. 

Sənədləşmə işlərini başa çatdıran zərərçəkənlər Nazirlər Kabinetinin sərancamında nəzərdə tutulan 20 min manatı "Kapital bank"dan götürürlər.

Qeyd edək ki, mayın 19-da Bakının Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada baş verən yanğın nəticəsində 4-ü azyaşlı olmaqla 15 nəfər ölüb, 50-dən çox insan müxtəlif dərəcəli bədən xəsarəti alıb və ya zəhərlənib.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb. Eləcə də Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Son xəbərlər

Orphus sistemi