Binəqədidə sərnişin avtobusunun iştirakı ilə qəza baş verib - FOTO

Binəqədidə sərnişin avtobusunun iştirakı ilə qəza baş verib - FOTO Hadisə Azadlıq prospektində baş verib
Hadisə
23 Aprel , 2015 05:19
Binəqədidə sərnişin avtobusunun iştirakı ilə qəza baş verib - FOTO

Bakı. 23 aprel. REPORT.AZ/ Bakının Binəqədi rayonunda piyada yol qəzasına səbəb olub.

“Report”un məlumatına görə, hadisə Azadlıq prospektində baş verib.

Qəza zamanı 13 saylı xətt marşrutu ilə hərəkətdə olan sərnişin avtobusunun qarşısına qəflətən yolu keçməyə çalışan piyada çıxıb. Sürücü əyləci basaraq avtobusu saxlayan zaman arxadan gələn “Kia” markalı avtomobil ona çırpılıb. Hadisə zamanı sərnişin avtobusu dayanacağa getdiyindən boş olub. Qəza nəticəsində xəsarət alan olmayıb.

Hadisə yerinə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb olunub. Sürücülərin izahatları alınıb. Avtomobillər evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb.

Qəzanın səbəblərinin müəyyən edilməsi istiqamətində başlanan araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi