Binəqədidə qətl törədən şəxs Ali Məhkəməyə müraciət edib

Binəqədidə qətl törədən şəxs Ali Məhkəməyə müraciət edib Vəsatət təmin edilməyib
Hadisə
28 Oktyabr , 2016 07:55
Binəqədidə qətl törədən şəxs Ali Məhkəməyə müraciət edib

Bakı. 28 oktyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Zaur Manafov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndrilən şəxsin vəkili çıxış edib.

Vəkil cinayət işinin məhkəmə istintaqı ilə aparılması barədə vəsatət verib. Lakin vəsatət təmin edilməyib.

Qərardan narazı qalan müdafiəçi kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Buna görə, məhkəmə prosesi qeyri-müəyyən vaxta kimi təxirə salınıb.

Qeyd edək ki, cinayət hadisəsi 2015-ci il iyulun 31-dən avqustun 1-nə keçən gecə Binəqədi qəsəbəsində qeydə alınıb. Qəsəbə sakinləri Sərxan Mahmudov və Z.Manafov münaqişə zəminində bir-birinə bıçaqla xəsarət yetiriblər. Nəticədə xəstəxanaya yerləşdirilən yaralılardan S.Mahmudov orada dünyasını dəyişib. Daha sonra Z.Manafov Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Manafov 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi