Binəqədidə qadın sürücü yol qəzasında xəsarət alıb

Binəqədidə qadın sürücü yol qəzasında xəsarət alıb Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə
23 Noyabr , 2019 01:20
Binəqədidə qadın sürücü yol qəzasında xəsarət alıb

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, rayon ərazisində iki avtomobil toqquşub. Qəza zamanı avtomobillərdən birinin - "Nissan"ın sürücüsü, 27 yaşlı Əlizadə Fatimə Əli qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi