Bakı. 4 dekabr. REPORT.AZ/ Bakının Binəqədi rayonunda 102 saylı məktəbdə baş verən yanğın söndürülüb. Bu barada "Report"a həmin məktəbdən məlumat verilib.
Yanğın təhsil müəssisəsinin qazanxanasında səhər saatlarında qaz xəttinin açılması prosesi zamanı baş verib. Yanğınsöndürənlər yanğının məktəb binasına ziyan vurmasının qarşısını alıb.