Bakı. 17 dekabr. REPORT.AZ/ Bakının Binəqədi rayonunda intihar etmək istəyən şəxs xilas edilib. Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, intihara cəhd edən 1986-cı il təvəllüdlü Ceyhun Cəfərovla aparılan psixoloji söhbətlərdən sonra onu fikrindən daşındırmaq mümkün olub.
O, FHN-nin xilasediciləri tərəfindən xilas edilərək Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə aparılıb. C.Cəfərov hüquq-mühafizə orqanlarının əməkdaşları ilə söhbət zamanı mənzil probleminin olduğunu bildirərək bu səbəbdən intihar etmək istədiyinin deyib.
Hadisə ilə bağlı araşdırmalar aparılır.