Yuxarı
    Bağlamaq

    Binəqədidə iki evdən eyni üsulla 24 min manatlıq qızıl oğurlanıb

    Hüquq-mühafizə orqanlarınin əməkdaşları tərəfindən araşdırmalar aparılır

    Bakı. 28 aprel. REPORT.AZ/ Bakı şəhəri, Binəqədi rayonunda iki mənzildən oğurluq olub.

    “Report”un xəbərinə görə, Ə.Naxcıvani küçəsindəki evlərdən birində yaşayan 1954-cü il təvəllüdlü Alxan Məmmədovun evindən açarseçmə yolu ilə 4 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

    Oxşar hadisə rayonun Biləcəri qəsəbəsində də baş verib. Belə ki, orada R.İsmayılov küçəsindəki evlərdən birində yaşayan 1952-ci il təvəllüdlü Çərkəz Məhərrəmovun evindən həmin qaydada 20 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

    Hər iki faktla bağlı hüquq-mühafizə orqanlarınin əməkdaşları tərəfindən araşdırmalar aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi