Binəqədidə avtomobillə vurulan piyada ölüb

Binəqədidə avtomobillə vurulan piyada ölüb Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
10 Avqust , 2021 13:21
Binəqədidə avtomobillə vurulan piyada ölüb

Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, avqustun 9-da saat 22 radələrində Binəqədi rayonu ərazisində Qobustan rayon sakini Ş.Albabayev idarə etdiyi “Toyota” markalı avtomobillə paytaxt sakini Şadman Şamilovu vurub. Nəticədə piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi